Zakir Nüsrət oğlu Məcidov
Azərbaycannın Milli qəhrəmanı Məcidov Zakir Nüsrət oğlu 1956-cı il iyun ayının 26-da Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya gəlmişdir. Sonra ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. Bakıda 17 saylı məktəbdə I sinfə getmiş, sonra 70 saylı məktəbdə X sinfi bitirmişdir. O, 1974-cü ildə Rayzanda ali hərbi aviasiya məktəbinə daxil olmuş, 1978-ci ildə məktəbi bitirmişdir.Zakir Məcidov əmək fəaliyyətinə leytinat rütbəsində
Yevlax aviya dəstəsində AN-2 təyyarəsində II pilot kimi başlamışdır. O, 1980-ci ildə Zabrat aviya dəstəsinə göndərilərək komandir təyin edilir. Burada bir neçə il xidmət etdikdən sonra Ukraynada təyyarəçilər məktəbində Mİ-2 vertalyotu üzrə təkmilləşmə kursunda oxumuşdur. Zakir Məcidov Qarabağda, sərhəd bölgələrinə tez-tez uçuşlar edir, erməni silahlı qüvvələrini və texnikasını raket zərbələri ilə məhv etməsinə nail olmuşdur. Onun cəsurluğu sayəsində erməni ordusunun dəfələrlə ağır zərbələrə məruz qalması danılmaz fakt idi. Məhz bu iradə möhkəmliyi qətiyyətli uçuşlara görə Zakir Məcidov 1992-ci ildə Bakıda Qala qəsəbəsində Mİ-24 vertalyotlarından birinə komandir təyin edilir. O, yenə də İgidlik nümayiş etdirərək döyüş zonalarına uçur, düşmənə ağır zərbələr endirir, xeyli sayda texnikanı sıradan çıxarır. Cəsur komandirin göstərdiyi qəhrəmanlıq düşmənə ağır, sarsıdıcı zərbələr vurmasına görə, mənfur düşmən bu vertalyotu xüsusən nəzarətdə saxlayırdı. Zakir Məcidovun Ağdərə zonasına düşmən mövqeylərini darmadağın etməsi erməni qüvvələrini lərzəyə salmışdır. Belə ki, düşmən 92-ci ilin avqustunda istəyinə nail olur. Döyüşdə düşmən tərəfindən atılan raketlə onun vertalyotu vurulur və düşmən nəzarətində olan zonaya düşür. Cəsur, qorxmaz vətən oğlu faciəli surətdə həlak olur.
Ailəli idi.
1992-ci il sentyabrın14-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Məcidov Zakir Nüsrət oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. (ölmündən sonra).
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.