Şükür Nəriman oğlu Həmidov
Azərbaycanın Milli qəhrəmanı Şükür Nəriman oğlu Həmidov (Əlyanlı, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibənin iştirakçısı.
Şükür Həmidov 8-ci sinifə kimi Qubadlı rayonunun Başarat orta məktəbində oxuyub. Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. Daha sonra isə Həzi Aslanov adına Hərbi Məktəbi bitirib.
Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Aprel ayının əvvəlində Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.