Vasili Əhməd oğlu Əliyev
Azərbaycan Respublikası Milli qəhrəmanı Vasili Əhməd oğlu Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Orta məktəbi bitirindən sonra o, Daxili Qoşunlarda hərbi xidmət keçir. 1980-ci ildə Qubadlı rayon Daxili İşlər şöbəsində polis kimi fəaliyyətə başlayır. Nümunəvi xidmətlərinə görə, DİN tərəfindən “Polis əlaçısı” döyüş nişanı ilə təltif edilir.
1988-ci ildən ermənilərin torpaq iddiası başlayandan daima torpaqlarımızı qoruyanlar sırasında Vasili Əliyev də var idi. Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasili ilk gündən özünü qızğın döyüş yerlərinə atır. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin onun bu şücaəti
Azərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Vasili Əhməd oğlu Əliyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Qubadlının şəhidlər xiyabanında uyuyan Vasili Əhməd oğlu Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları hər gün hörmətlə yad edilir.
Vasili Əliyev övladları bir qızı və bir oğlu ataları ilə fəxr edirlər.