Əsəd Cəlal oğlu Əhmədov
15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi. Əsəd Əhmədov Şuşa rayonununZarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonununŞelli,Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir.O, 1992-cı il 31 iyuldaPapravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.Azərbaycan Respublikası prezidentinin 5 fevral1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.