İxtiyar Qasım oğlu Qasımov
Azərbaycanın Milli qəhrəmanı 1970-ci il martın 22-də Ağdam rayonunun Salahlı kəndində anadan olmuşdu. O, səkkizinci sinfə kimi kəndlərindəki məktəbdə oxumuş və sonra təhsiliniBakıdakı kimya-biologiya təmayüllü məktəbdə davam etdirmişdi. İxtiyar daha sonra Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsinə daxil olmuşdu. 1992-ci ildə isə könüllü olaraq hərbi xidmətə getmək üçün rayon komissarlığına müraciət etmiş və Ağdam bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəaliştirak etmişdi. Həmin vaxt qəfildən qərargaha həyəcanlı xəbər gəldi ki, erməni yaraqlıları çoxlu qüvvə ilə rayonun Gülablı kəndinə hücuma keçiblər. Təcili köməklazımdır. Bu xəbər qərargaha çatan kimi döyüşə hazırlıq əmri verildi. Sıraya ilk dayananlardan biri də elə İxtiyar oldu. O, xüsusi əmr alıb Gülablı kəndinə doğru üztutdu. Hiyləgər düşmən isə kəndə mütləq əlavə qüvvələr gələcəyini bildiyindən Gülablıya gedən yolda pusqu qurmuşdu. İxtiyar ağlına belə gətirmədiyi bir yerdə atəşsəsləri eşitdi. O, yaxınlıqda olan düşmən tərəfə güllələr yağdırmağa başladı. Gərgin gedən döyüşlər bir xeyli davam etdi. Kəndə doğru irəliləyə bilməyən düşmənİxtiyarın şücaəti nəticəsində pusqu qurduqları yerdən qorxuya düşərək qaçdılar.
İ.Qasımov 1992-ci il iyunun 14-də Canyataq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Qasımov İxtiyar Qasım oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ağdam rayonunun Salahlı kənd qəbiristanlığında dəfn olunub.Vaxtilə təhsil aldığl Salahlı kənd orta məktəbi onun adını daşıyır.