Milli qəhrəmanlar haqqında veb resursun yaradılması layihəsi davam edir

Layihənin ikinci mərhələsində 12, 13, 14 iyun 2019 cu il tarixində layihə heyəti Milli qəhrəmanlarla bağlı materialların araşdırılması və toplanması məqsədi ilə Ağdam rayonuna səfər etmişlər. Səfərdə Layihə rəhbəri Elşən Nağıyev və layihə iştirakçıları Xali Kazımov və Elçin Raquboğlu iştirak etmişlər.

Səfər çərçivəsində Ağdam rayon Mərkəzi kitabxanası,  Quzanlı 2 saylı kitabxana, “Ağdam” qəzetinin redaksiyası və Qarabağ əlilləri, veteranları və şəhid ailələri təşkilatının Ağdam rayon şöbəsində görüşlər keçrildi və milli qəhrəmanlarla bağlı qiymətli məlumatlar əldə edildi.

Keçmiş döyüşçü Qarabaş qazisi, Qarabağ əlilləri, veteranları və şəhid ailələri təşkilatının Ağdam rayon şöbəsinin sədri Baxşeyiş Abbasoğlu ilə görüşümüz oldu. Bu görüşdə Baxşeyiş müəllim layihəni bəyəndiyini bildirdi və rayonun Milli qəhrəmanları haqqında danışdı və bu qəhrəmanların  bir çoxunu şəxsən tanıdığını bildirərək  Milli qəhrəmanlar haqqında yazdığı “Ölərkən dünyaya gələn oğullar” adlı kitabını bizə təqdim etdi.

“Ağdam” qəzetinin redaksiyasına da, olduq və məsul katib Əli Məmmədovla görüşdük. Əli müəllim qəzetdə mütəmadi olaraq Milli qəhrəmanlar haqqında yazılar dəc edildiyini bildirdi onlar haqqında bildiklərini bizimlə bölüşdü.