Niyazi Şərəfxan oğlu Aslanov

Milli Qəhrəman Niyazı Şərəfxan  oğlu Aslanov  25 dekabr 1960-cı ildə Goranboy rayonunda anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Ağdam Kənd Təsərrüfatı  Texnikumunda təhsil almış,oxuduğu müddətdə əmək fəaliyyəti ilə də məşğul olmuşdur.

Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Goranboy rayonunda özünü müdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi.

Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşlrı ilə silah axtarırdı onlar iki tank tapırlar onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən vətənimizin igid oğlu qəhrəmancasına həlak olur.

Ailəli idi, iki oğlu həyatda yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Goranboy rayonu Tap Qaraqoyunlu kəndində dəfn edilmişdir.

Buradakı kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır.