Tərtər rayonu Qarabağ əlilləri, veteranları və şəhid ailələri təşkilatının Tərtər rayon şöbəsinin sədri Suliddin Yusifovun xatirələri

Suliddin Rəhman oğlu Yusifov Tərtər rayonunda anadan olmuşdur. Birinci Qarabağ müharibəsi zamana könüllü olaraq milli orduya yazılmış, Ağdərənin azad olunması uğrunda gedən düyüşlərdə iştirak etmiş və yaralanmışdır. Tərtər özünümüdafiə taborunda Azərbaycanın Respublikası Milli qəhrəman Vəzir Orucovla birlikdə döyüşlərdə iştirak etmişdir. Hazırda ikinci qrup əlilidir.

Suliddin məllim xahiş edirəm Vəzir Orucovla bağlı xatirələrinizi bizimlə bölüşəsiniz:

Könüllü olaraq Tərtər özünümüdafiə taboruna yazılanda Vəzir Orucovu və Elman Hüseynovu tanımırdım daha sonralar Ağdər istiqamtində keçirilən əməiyyatlar zamanı tanıdım və birlikdə düyüşlərdə iştirak etdik. Vəzir əsl qəhrəman idi. O, həmişə öndə gedər düşmən haqqında məlumat toplayar, onların zəif nöqtələrini müəyyənləşdirərdi. Vəzir düyüşlər zamanı düşmənin xeyli sayda canlı qıvvəsini və hərbi texnikasını məhv etmişdir.

1992 ci il 6 avqust tarixində Ağdərənin Akopkamarı kəndinə hücum zamanı axşamdan gizlicə meşə ilə kəndin üst tərəfinə keçmişdik. Bizi Vəzir arxasınca aparırdı. Mingəcevir taborununda əsgərləri bizimlə idi. Səhər tezdən kəndə hücum etməli idik. Lakin ermənilər bizim kəndə hücum edəcəyimizi bilib gecədən Çardaxlı kəndinə qaçmışdlar. Biz Çardaxlı kəndinə hücum etdik. Kəndin qəbiristanlığında öndə gedən Vəzir dörd erməni əsgərini asanlıqla məhv etdi. Daha sonra ermənilər hərbi texnikanın köməyi ilə bizə hücüm etdi. Bu döyüşlərdə biz 42 erməni silahlısını məhv etdik. Bir nəfər şəhid verdik.

Üç gün sonra Vəzirin rəhbərliyi ilə biz Sərsəng su anbarını ələ keçirdik. Döyüşlərdə Vəzirin göstərişləri ilə hərək edirdik. Vəzirin bu döyüşlərdə göztərdiyi qəhrəmanlıqlar dillərdə dastan olmuşdur.

Daha sonra biz Drambom kəndini azad etdik. Daha sonra ermənilər kəndi geri qaytarmışdılar.

1 sentyabr tarixində biz yenidən kəndə hücum etdik. Vəzir bir neçə döyüşçü ilə birlikdə ermənilərin arxasına keçmişdi. Burada onun iki erməni tankını və içi erməni silahlıları ilə dolu bir yük avtomobili necə məhv etdiyini gözlərimlə gördüm. Vəzir bu düyüşdə ağır yaralandı.

Müalicə olunduqdan sonra yenidən döyüşlərə atıldı. Vəzir haqqında, onun göstərdiyi qəhrəmanlıqlar haqqında çox danışmaq olar. O, əsil qəhrəman idi.