Haqqımızda

Milliqehremanlar.az Internet saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi tərəfindən “Milli qəhrəmanlar haqqında verb resursun yaradılması” layihəsi çərçivəsində yaradılmışdır.

Məlumdur ki, 1988 ci ildən başlayaraq mənfur qonşumuz ermənilər ölkəmizə qarşı ərazi iddiası irəli sürərək, tarixi Azərbaycan ərazisi olan Dağlıq Qarabağda etnik təmizləmə aparması, müharibənin başlanmasına səbəb oldu. Minlərlə dinc sakin vəhşicəsinə qətlə yetirildi. Bir miliyon Azərbaycan vətəndaşı qaçqın vəziyyətinə düşdü. Nəticədə Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal edildi və hazırda da bu torpaqlar işğal altında saxlanılır. Bu müharibə zamanı, torpaqlarımız uğrunda gedən döyüşlərdə 20 mindən artıq əsgərimiz şəhid olmuş, xeyli sayda insan yaralanaraq, sağlamlığını itirmiş və əlil olmuşdur. Bu müharibə zamanı iki yüzdən şəxs qəhrəmanlıq göstərərək Azərbaycan Respublikasının Milli qəhrəmanı adını almışdır

Sayt, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıqlar göstərmiş və “Azərbaycan Respublikasının Milli qəhramanı” adına layiq görülmüş qəhrəman əsgərlərimizin Azərbaycan cəmiyyətinə tanıdılması və onların vətən uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqların təbliğinə dəstək olmaq məqsədi ilə yaradılmışdır.