Milli qəhrəman Vəzir Orucovun ailəsi ilə görüş

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirm İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Milli qəhrəmanlar haqqında veb resursun yaradılması” adlı layihə çərçivəsində 11, 12, 13 iyul 2019 tarixində Milli qəhrəmanlar haqqlnda materialların toplanması üçün layihə heyəti Tərtər rayonuna səfər etmişdir.

Səfərimizin üçüncü günü, 13 iyul tarixində şəhid milli qəhrəman Vəzir Orucovun ata evində olduq, qardaşları Dadaş və Aydın Orucovla görüşdük. Söhbətimiz maraqlı keçdi. Dadaş Orucov bizə Vəzirin həyatı və döyüş yolundan danışdı. Onun sözlərinə görə Vəzir hələ uşaqlıqdan qorxmazlığı və cəsarətilə yaşıdlarından seçilərdi. Dəli-dolu və dəcəl uşaq idi. Məktəbə getməyi xoşlamasa da, qiymətləri həmişə beş olardı.

 Müharibə başlayanda O, Rusiya Federasiyasında yaşayırdı. Lakin müharibənin başladığını eşidən Vəzir rayona gələrək Tərtər özünümüdafiə taboruna yazıldı və Ağdərə rayonu üğurunda gedən döyüşlərdə fəal iştirak etdi. Vəzir elə ilk gündən cəsarəti və mərdliyi ilə seçilirdi. Qısa müddətdə O, kəşfiyyat rəisi təyin edildi.  Vəzirin günlərlə yuxusuz gecələr keçirərək döyüşlərdə iştirak etdiyini və həmişə döyüş yoldaşlarından irəlidə gedərək düşmən qüvvələrinin yerini və imkanlarını öyrənir və daha sonra döyüşə atılardı. Ağdərə rayonunun çox sayda kəndlərinin azad olunmasına  rəhbərlik etmiş və düşmənin çox sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

Döyüşlərin birində o ağır yaralandı tam müalicəsini bitirməmiş yenidən döyüşə atıldı. Dadaş Orucovun deyir ki, yaralanan zaman mən ona bir sual verdim. Özünü qoru, səndə heç qorxu hissə yoxdur? O isə bildirdi ki, bütün insanlarda olduğu kimi məndə də qorxu hissi var. Ancaq məndə olan düşmənə nifrət hissi qorxunu üstələyir.