“Milli qəhrəmanlar haqqında veb resursun yaradılması” layihəsinin heyəti Tərtər rayonunda oldu

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirm İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli qəhrəmanlar haqqında veb resursun yaradılması” adlı layihənin icrasını davam etdirir.

Layihə çərçivəsində 11, 12, 13 iyul 2019 tarixində Milli qəhrəmanlarla haqqlnda materialların toplanması üçün layihə heyəti Tərtər rayonuna səfər etmişdir.

Səfərdə Layihə rəhbəri Elşən Nağıyev, layihə heyəti Xalid Kazımov və Elçin Raquboğlu iştirak etmişlər.

Səfərin ilk günü Tərtər rayon İcra Hakimiyyətində, rayon İcra Başçısının  birinci müavini Ramiz Şabanovla rayon Milli qəhrəmanları haqqında söhbətimiz oldu.

Həmin gün Tərtər  rayon Mərkəzi  kitabxanasının direktoru Qurbanova Ulduzə və Metodika və biblioqrafiya şöbəsinin müdiri Süleymanova Ətrabə xanımala görüşdük. Onlar bizi kitabxanada milli qəhrəmanlar haqqında olan nəşrlərlə tanış etdilər və kitabxanada milli qəhrəmanlar və şəhidlərlə bağlı tez tez anım mərasimləri və tədbirlər keçirmələri haqqında məlumat verdilər. Kitabxanada qəhrəmanlarla bağlı xeyli məlumatlarla tanış olduq.

Növbəti gün, 12 iyul 2019 tarixində Tərtər rayonunda Qarabağ əlilləri, veteranları və şəhid ailələri təşkilatının Tərtər rayon şöbəsinin sədri Suliddin Yusifovla görüşdük. Suliddin müəllim rayonun Milli qəhrəmanları Elman Hüseynov və Vəzir Orucovla birgə döyüşlərdə olduğunu bildirdi.  Xüsusilə Ağdərənin azad edilməsində Vəzirlə birgə döyüşlərdə olduğunu Vəzirin döyüşlərdə göstərdiyi qəhrəmanlıqları öz gözləri ilə gördüyünü, onunn əsl qəhrəman və igidliklərinin canlı şahidi oduğunu bildirdi.

Səfərimizin üçüncü günü, 13 iyul tarixində Tərtər rayonu Xoruzlu kəndində şəhid milli qəhrəman Vəzir Orucovun doğulub böyüdüyü ata evində olduq, qardaşları Dadaş və Aydın Orucovlarla görüşdük. Dadaş Orucov bizə Vəzirin həyatı və döyüş yolu haqqında danışdı.