Sergey Aleksandroviç Senyuşkin

Azərbaycan Respublikasının Milli qəhrəmanı Sergey Aleksandroviç Senyuşkin 1957-ci il sentyabrın 15-də Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olub. O, peşəkar təyyarəçi kimi 1992-ci il fevralın 1-dən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, ölkənin Hərbi Hava Qüvvələrinin yaradılmasında yaxından iştirak edib, həm təyyarəçiləri hazırlayıb, həm də Qarabağda aparılan döyüş əməliyyatlarında iştirak edib. 1992-ci ilin fevral ayı ərzində dinc əhalinin Xocalıdan çıxarılmasında xüsusi fədakarlıq göstərib. Fevralın 29-da növbəti uçuş zamanı ağır yaralanıb və qəhrəmanlıqla həlak olub. 1992-ci il sentyabrın 14-də Milli Qəhrəman adı verilib. Samara vilayətinin Sızran şəhərində dəfn olunub. Bakının Xətai rayonunda adına küçə var.