Aqil Sahib oğlu Quliyev

Azərbaycan Respublikasının Milli qəhrəmanı Quliyev Aqil Sahib oğlu 19 sentyabr 1963-cü ildə Qərbi Azərbaycanın Sisyan kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirir və Neft Akademiyasına daxil olur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağrılır. Ordudan tərxis edildikdən sonra isə yarımçıq qalmış təhsilini davam etdirməyən Aqil 1982-ci ildə Xarkov Ali Polis Məktəbinə daxil olur.
1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzün qurbanı oldu. Aqil ailəsini Bakıya gətirir, müvəqqəti sığınacaq tapır. Sonra isə Milli Ordunun qərərgahına gələrək cəbhəyə göndərilməsini xahiş edir. Quliyev Aqil Sahib oğlu 45 nəfər döyüşçü ilə Ağdama göndərirlər. Onu rota komandiri təyin edirlər. Vətənin müdafiəsində Aqilin kiçik qardaşı Nəsimi də var idi. Nəsimi isə kəşfiyyat taborunda başçılılq edirdi. 
Quliyev Aqil Sahib oğlunun həyata keçirdiyi ilk əməliyyat Xocalıda oldu. 1992-ci ilin 18 fevralında ermənilər Xocalı şəhərini mühasirəyə aldı. Onun komandirlik etdiyi hissə ermənilərlə və Rusiyaya məxsus 366-cı moto-atıcı alaya qarşı rəşadətlə vuruşur, erməniləri məhv edirdilər. Lakin cəsur komandir burada hər iki ayağından yaralandı. 25 fevral 1992-ci il tarixində döyüşçü dostları onu təhlükəsiz yerə aparmaq istəyərkən amansız ölüm onları yerindəcə haqladı. Quliyev Aqil Sahib oğlunun cəsədini beş gün sonra hadisə yerindən götürmək mümkün oldu. 
Ailəlidir. Bir qız övladı yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 sayl fərmanı ilə Quliyev Aqil Sahib oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 
Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.