Pəhlivan Əhliman oğlu Fərzəliyev
1959-cu ildə Fizuli rayon Qobu Dilağarda kəndində anadan olub. Şuşa Kənd Təsərrüfatı texnikumunu bitirib. Orenburq (Rusiya) Politexnik İnstitutunun yol istismarı fakültəsində təhsil alıb. Aktyubinsk şəhərində (Qazaxıstan) işləyib.1990-cı ildə vicdanının səsi ilə Vətənə qayıdıb. Rayon DİŞ-də inspektor vəzifəsinə təyin olunub. Füzuli Rayon DİŞ-də PPX rotasının üçüncü tağımına rəhbərlik edib. Döyüşlərdə cəsurluğu, qorxmazlığı ilə seçilib.1991-ci ilin payız döyüşlərində ekipaj komandiri kimi fərqlənib. 1992-ci il aprelin 11-də düşmən postunu ələ keçirərkən PDM-dən atılan mərmidən həlak olub. 3 övladı qalıb…
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Əd.: Nazim Tapdıqoğlu (Vəlişov) “Füzuli rayonu Toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri və ziyalıları ” (Ensiklopedik məlumat kitabı), Bakı, 2009, s. 470-471