İlham Müzəffər oğlu Əliyev

Azərbaycan Respublikası Milli qəhrəmanı. 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1985-ci ildə İlham Əliyev Braynsk Xüsusi Orta Milis Məktəbinə daxil olur.

19 avqust 1990-cı il leytenant İlham Əliyev torpaqlarımızın müdafiəsinə göndərildi. Qazax rayonunun Əskipara kəndində döyüşən İlham qəhrəmancasına həlak oldu.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 1992-ci il tarixli, 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Gədəbəy şəhərindəki 1 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.

2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman – İsgəndər Aznaurov, Məzahir Rüstəmov və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filmi çəkilmişdi

Gədəbəy rayonunda dəfn edilib.